Menu

Bakıda tikintidə bədbəxt hadisə - 1 nəfər ölüb

28.06.2019, 13:28
Bakıda tikintidə bədbəxt hadisə - 1 nəfər ölüb

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda tikilməkdə olan yaşayış binasında qeydə alınıb. Orada işləyən, 1962-ci il təvəllüdlü Mirələm Abdullayev idarə etdiyi “KamAZ” markalı yük avtomobilini arxaya idarə edərkən, həmin tikintidə fəhlə işləyən, 1967-ci il təvəllüdlü Fazil Seyidovu vuraraq qaldırıcı qurğunun dəmir hissəsinə sıxıb. Fəhlə aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma - zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol