Menu

“TRAMPI RUSLAR HAKİMİYYƏTƏ GƏTİRİB” - Eks-prezident Cimmi Karter

29.06.2019, 18:45
“TRAMPI RUSLAR HAKİMİYYƏTƏ GƏTİRİB”  - Eks-prezident Cimmi Karter

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ağ Evin eks-başçısı Cimmi Karter bəyan edib ki, 2016-ı il pezident seçkilərində Rusiya Donald Trampın prezident seçilməsinə kömək edib.

Oxşar bəyanatları təkrar edən Karter bildirib ki, əslində Tramp seçkiləri uduzub, amma onun nəticələrini «rusiyalı hakerlər» dəyişdiriblər.

Eks-prezident təəssüf hissilə ifadə edib ki, hələ də bu məsələ üzrə «tammənalı araşdırma» aparılmayıb.

«Mən, hesab edirəm ki, tammənalı araşdırma göstərərdi ki, əslində 2016-cı ildə Tramp qalib glməyib. O, seçkiləri uduzub, amma onu hakimiyyətə gətiriblər, ona görə ki, ruslar onun adından müdaxilə ediblər» - deyə, «Polotico» nəşri eks-prezidentdən sitat gətirir.

Xatırladaq ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə ittihamını inkar edir. Bu yaxınlarda isə Robert Müllerin başa çatdırdığı təhqiqat «Tramp-Rusiya» sui-qəsdini yalanlayıb.

Şərhlər

Hörmət 2019-06-29 18:45:13

Əgər həqiqətən Tramp Ruslar hakimiyyətə gətiribsə,deməli ABŞ fövqəldövlət deyil.Əldəqayrma bir dövlətdir.ABŞ-ın güç mərkəzi olması mifdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol