Xəbər verrildiyi kimi, Yaponiyanın Osaka şəhərində keçirilən «Böyük iyirmiliyin» sammiti çərçivəsində Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp arasında görüş keçirilib. Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemi (ZRS) almaq məsələsi tərəflərin diqqət mərkəzində olub. Mayın 29-da Ağ Evin yaydığı xəbərə görə, ABŞ lideri Türkiyəli həmkarına Ankaranın uyğun planlarından narahatlığını ifadə edib.
«Prezident Türkiyənin Rusiyadan S-400 sistemləri almaq barədə potensial addımından narahatlığını ifadə edib. O, Türkiyəni ABŞ-la müdafiə sahəsində elə əməkdaşlığa çağırıb ki, sayəsində NATO alyansı möhkəmlənsin» - ABŞ administrasiyasının xəbərində belə deyilir.
Xəbərə əsasən, Ərdoğan və Tramp ikimətərəfli ticarət münasibətlərinin və «Suriya üzrə ümumi tapşırıqların yerinə yetirilməsi» imkanlarını müzakirə ediblər.
Bundan əvvəl xəbər verildiyi kimi, Dövlət Departamentində və Pentaqonda S-400 ZRS-nin alınmasının mümkün nəticələri barədə dəfələrlə Türkiyəyə xəbərdarlıq olunub. ABŞ konqresi isə Türkiyəyə F-35 qırıcıların satılmasına qadağa qoyan təşəbbüs irəli sürüb.
Ədoğan da öz növbəsində, G20 samiti ərəfəsində bəyan edib ki, Ankara Rusiyadan müdafiə sistemlərinin alınması barədə bağlanmış sövdədən imtina etməyəcək və əlavə edib ki, «Ankaraya qarşı sanksiyalar barədə Trampdan heç nə eşitməyib».
«Biz, artıq onlara (ABŞ tərəfinə - Red.) F-35 layihəsi üzrə 1,25 milyard dollar ödəmişik. Əgər onlar gerçəkdən də belə yanlış addım atsalar (Türkiyəni layihədən kənarlaşdırsalar - Red.), biz məsələni beynəlxalq arbitraj məhkəməsinə verəcəyik, çünki istəyirik ki, onlar bizim indiyə qədər xərclədiyimiz pulları geri qaytarsınlar» - Turkiyə lideri qeyd edib.
AzPolitika.info


Şərhlər
Bizler Azeri türkü olaraq, sayın Erdoğanı mehz bu nedenle sevdik. Çünki ona daima siyasetde yürütdüyü diş politkasından dolayı baxdıq. Ve hemişə də dedik ki, bu adamı daxildə baldırcan və potates üzərindən siyaset yapan CHP-Kilıçdaroğlu ve onun qurduğu "millet İttfakı" üyeleri ile bir tutmaq olmaz Yaponiyada onun ciddiyatından xoşlanmayan dünya Liderlərinin, onu necə maraqla müşahidə etdiklərini bir zad sizlerde şahid oldunuz..Demek ki, Erdoğan son yüz ildə Atatürkdən sonra İkinci liderdir ki, tanrı onu Türk millətinə bəxş edib. Bu neden de Türk milləti bunu unutmamalı və Kandilin dili ilə konuşan bəzi iç siyasətçilərin boş laflarına da inanmamalıdırlar. Bir de unutmayın, Türküyə bizim canımız, Azərbaycanla bir sevdamızdır. Çatlasa da, partlasa da duşmanlar, biz bu sevdadan vaz keçməyəcəyik. Qaldı bezi gerizekalıların ki, guya son belediyye seçgilerinde Erdoğan Ankarada ve xüsusen de İstanbulda kayb etdi fikirlerine bu da yanlış. İçde bele görünü biler, Eslinde bu dünyuanın aparıcı dövlətlərinin, xüsusen de ABD ve Batının Türk demokratiyasına kölgə düşürme amaclarına bir tokatıdı. Özü de Osmanlı tokatı.Yəni Erdoğan sayəsində Türküye demokratiyasının dünyada tentenesi idi. İçdeki bezi karaguruh zehniyyetin ise mekirli propakandasının suya düşmesi demek idi.. İnanın Erdoğan kimi lider, Türküyenin ve bütün Türk dünyasının bu günü ve sabahı üçün lazmdır. Lütfen Tanrının bu lütfüne karşı gelmeyin.
ABŞ-a qarşı dayanmağa Ərdoğan kimi bir lider lazımdır.Çox şükürlər olsun ki,bu gün sevimli Türkiyəmizin və türk dünyasının adını tarixə qızıl hərflərlə yazmağı baçaran əylməz lider R.T.Ərdoğan var.