Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında boksçuların final döyüşləri keçirilir.
"Report"un Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının üzvü Alfonso Dominqes də həlledici döyüşünə çıxıb.
Bu, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin “Ureçye Arena”da beşinci qarşılaşması olub. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0, yarımfinalda isə italiyalı Simone Fiorini 4:1 hesabı ilə məğlub edən boksçumuz böyük britaniyalı Bencamin Vittakerlə görüşüb. Açıq aşkar üstünlüyə malik olan boksçumuz qələbə qazanıb. Bununla da idmançımız yarışın çempionu adına yiyələnib.
Bu, Azərbaycan boks millisinin Avropa Oyunlarında ikinci medalı olub. A.Dominqesə qədər Lorenzo Sotomayor yarışların bürünc mükafatını əldə edib. 69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda uduzaraq üçüncü olub.
A.Dominqesin mükafatı Azərbaycan millisinin Minsk-2019-da 23-cü medalı olub. Bunlardan dördü qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.


Şərhlər
Alfonso Dominqes nə vaxtdan Azərbaycanlı olub.
Dominqes heç AZərbaycanda olybmu?Olubsa onun məşqçisi kim olub?
Hansı recpublika yarışlarında iştirak edib?AZrbaycanda onu tanıyan varmı? Belə fırıldaqlarla (ordan Dominiqes,sonra Məcidov,daha sonra Stadnik və s. ölkəmizə ziyandan başqa bir şey deyil.İdmana sərf edilən vəsaitləri xaricilərə paylamaq yox (çox ehtimal ki,burada otkat da mövcuddur) ölkə vətəndaşlarından-gənclrdən səviyyəli məşqçilərlə
idmançılar hazılamağı düşünmək doğru olar.Belə fırıldaqlara isə son qoyulmalıdır.
Alfonso adlı Azərbaycan vətəndaşını tanıyan varmı?Onun Azərbaycana nə əlaqəsi? Belə urama Azərbaycan adına çıxışlar əslində idmanın Azərbaycanda inkişafını yox,tənəzülünü sübut edir.Belə aldatmaalar lazımdırmı?Alfonsonun medalı Azərbaycana nə qədər zərər (məsrəf)verib?
4 qızıl medal qazanmışıq.Ondan 2-si çisti azərbaycanlı olan Mariya Stadnik və Agacan Əbiyev bir az yaxşı qurcalasa əslən (həzrətabbas haqqı) əcdadları bizim kəndən olan,əsil milli alfons olan Alfonso Dominges qazanıb.Ay ALLAH görəsən medaldan ötrü milli mənsubiyyətimizi də danan bu idman başbilənləri nə vaxt ölüb yerə girəcəklər...