Menu

"Hacı Mazan" avtomobil qəzasına düşdü, Bakıya gətirilir - Ağır xəsarət alıb (+FOTOLAR)

02.07.2019, 14:45
"Hacı Mazan" avtomobil qəzasına düşdü, Bakıya gətirilir - Ağır xəsarət alıb (+FOTOLAR)

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Range Rover" markalı minik avtomobilinin aşması nəticəsində 1959-cu il təvəllüdlü Ramazan Hüseyn oğlu Zeynalov və 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Kərimov xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ramazan Zeynalov "Hacı Mazan" ləqəbi ilə tanınır. O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadənin yaxın qohumudur.

Şərhlər

viktor 2019-07-02 14:45:49

Allahşükür namaz üstündə olub, ona görə qohumu sağ qalıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol