Menu

Etiraz aksiyalarının təşkilatçısı ölümlə hədələnib

02.07.2019, 18:42
Etiraz aksiyalarının təşkilatçısı ölümlə hədələnib

Son günlər Tbilisidə keçirilən etiraz aksiyalarının təşkilatçılarından olan Giqa Makaraşvili ölümlə hədələnib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ictimai fəal özü məlumat yayıb.

O, tanımadığı şəxslərdən ölümlə hədələndiyi mesajlar aldığını bildirib.

G.Makaraşvili təhdidləri fəaliyyəti ilə əlaqələndirib.

İctimai fəal polis bölməsində olub. Gürcüstan Daxili İşlər Nazirliyi təhdidlərlə bağlı istintaqa başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol