ABŞ regionda "odla oynamağ"a bir il əvvəl başlayıb.Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.
H.Ruhani ABŞ-a xitabən bildirib: “Odla oynamağın təhlükəli olduğunu deyirsinizsə, nə üçün regionda odla oynamağa başlayıbsız? Siz onu söndürə bilərsiniz”.
İran Prezidenti ABŞ-ı BMT Təhlükəsizlik Şurasının qərarlarına qayıtmağa çağırıb.
Trend xatırladır ki, ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatının artmasına sərt reaksiya verərək demişdi:“İran odla oynayır”.


Şərhlər