Menu

"Azərbaycanla sərhədin delimitasiyası üzrə aparılan işləri diqqətlə izləyirik” - Baş keşiş

03.07.2019, 18:24
"Azərbaycanla sərhədin delimitasiyası üzrə aparılan işləri diqqətlə izləyirik” - Baş keşiş

“Gürcüstan Patriarxlığı Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə aparılan işləri diqqətlə izləyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının protopresviteri (baş keşiş-red.) Giorgi Zviadadze bildirib.

Onun sözlərinə görə, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi olduqca qaneedici informasiyalar yayır: “Mən hazırda bu məsələ ilə bağlı hər hansı bir bəyanat verə bilmərəm. Belə ki, məsələyə birbaşa cəlb olunmamışam”.

G.Zviadadze qeyd edib ki, Gürcüstan Patriarxlığının Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı bəyanat verəcəyi nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol