Menu

Ukraynanın şərqində atəşkəsə ümumilikdə əməl olunur - ATƏT

08.09.2014, 10:56
Ukraynanın şərqində atəşkəsə ümumilikdə əməl olunur - ATƏT

Ukraynanın şərqində, silahlı münaqişə zonasında işləyən ATƏT müşahidəçiləri bildirir ki, hərbçilər və separatçılar arasında sentyabrın 7-nə keçən gecə qarşılıqlı minomyot atəşi atəşkəs razılaşmasının pozulmasıdır.

Ancaq müşahidəçilər hesab edirlər ki, bu insident atəşkəs rejimindən imtinaya əsas ola bilməz.

Bu bəyanatla eyni vaxtda Donetsk aeroportuna nəzarət uğrunda toqquşmalar davam edib.

Qərb jurnalistlərinin Mariupoldan verdiyi xəbərə görə, bazar gününə keçən gecə baş verən atışmada şəhərin şərq ətrafında Ukrayna hərbçilərinin blokpostu dağıdılıb. Mariupolda yanğınlar qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol