Azərbaycan Prezidenti İlham Əliyev Böyük Quruluş Partiyasının başqanı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafanın "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilməsi haqda sərəncam imzalayıb.
Xatırladaq ki, ötən il təsis olunan bu medalla Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunur.



Şərhlər
Fazil Mustafa yüksək elmli,dərin zəka sahibi olan tək-tük ziyalılarımızdandır.Medalın mübarək olsun.
Azərbaycan Prezidenti İlham Əliyev təkcə Fazil Mustafanı deyil, bütün deputatların “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilməsi haqda sərəncam imzalayıb.