Menu

Bakıda daha bir ərəb öldü

05.07.2019, 10:38
Bakıda daha bir ərəb öldü

Bakıda əcnəbi vətəndaş faciəvi şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

İraq vətəndaşı, 1963-cü il təvəllüdlü Alimar Haydar Alihüseyn qaldığı “Ramada” hotelindən mədə qanaxması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol