Menu

Əli Babacan AKP-dən istefa verib

08.07.2019, 19:00
Əli Babacan AKP-dən istefa verib

Türkiyənin tanınmış siyasətçisi, keçmiş iqtisadiyyat naziri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvlüyündən istefa verib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə yazılı açıqlama yayıb.

Qeyd edək ki, Əli Babacanla baş nazirin keçmiş müavini Bülent Arıncın yeni siyasi partiya quracağı bildirilmişdi.

Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada anadan olub. O, 2007-2009-cu illərdə Türkiyənin xarici işlər naziri, 2009-2015-ci illərdə Türkiyə baş nazirinin müavini işləyib.

Şərhlər

Mirzə AĞ 2019-07-08 19:00:28

Bəzi mənbəlırin məlumatına görə, Əli Babacan "Bilderberq" qrupunun üzvüdür və Barak Obamanın seçkiqabağı kompaniyası öncəsi qrupun gizli toplantısında iştirak edib...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol