Menu

Bakıda gənc qızı maşın vurub

10.07.2019, 23:15
Bakıda gənc qızı maşın vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” verir ki, hadisə paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əsgərova Zərifə yolu keçərkən naməlum avtomobil onu vurub.

Ağır bədən xəsarəti alan piyada dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda xəstə həkimlərin nəzarətinə götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol