Menu

Qazaxıstan “Qazprom”la razılaşmanı ləğv etdi – Ukraynaya görə

17.07.2019, 00:15
Qazaxıstan “Qazprom”la razılaşmanı ləğv etdi – Ukraynaya görə

Qazaxıstanın “Arselor Mittal Temirtau” metallurgiya şirkəti “Qazpromneft”in yerli distribütoru olan “Nik Oil”lə əməkdaşlığını dayandırıb. Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” yayıb. Məlumata görə, əməkdaşlığın dayandırılmasına səbəb Ukrayna və Avropa Birliyinin sanksiyaları olub.

Şirkət “Qazpromneft”lə müqaviləsinin kompaniyanın baş direktoru, eləcə də Ukraynada “AMT Krivoy Roq”un rəhbəri olan Paramjit Kalonun reputasiyasına mənfi təsir göstərdiyini düşünür. “Qazpromneft” isə şirkəti təhdid edərək baş verənlərin anlaşılmazlıq olduğunu və tezliklə Rusiya-Qazaxıstan münasibətlərinə təsir edəcək bu situasiyanın həllinə nail olunacağını düşünür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol