Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub."Report"un Dağlıq Şirvan bürosu xəbər verir ki, zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.
Toy mərasimi zamanı zəhərlənənlərin sayı 16 nəfərə çatıb.
Dağlıq Şirvan bürosu xəbər verir ki, zərərçəkmişlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan 12-si qadın, 4 nəfəri isə kişidir.


Şərhlər