Menu

DYP rəisi apelyasiya şikayəti verib

23.07.2019, 11:25
DYP rəisi apelyasiya şikayəti verib

Məhkəmə Dövlət Yol Polisinin vətəndaş Ayaz Əliyevə içkili avtomobil idarə etmə ilə bağlı yazdığı inzibati protokolu ləğv edib.

"Report"un xəbərinə görə, qərarı Xətai Rayon Məhkəməsinin hakimi Cavid Hüseyn verib. Qərara əsasən Əliyev Ayaz Nəsrəddin oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığına görə inzibati icraata xitam verilib.

Xərai Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qərarından Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov apellyasiya şikayəti verib. Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun icraatındadır.

Qeyd edək ki, İXM-nin 333.1 maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Bu əmələ görə, dörd yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərə tutulub.

Şərhlər

t.ədalət 2019-07-23 11:25:21

Öz səhvini görüb susmaq da bir mədəniyyətdir.Təəssüf ki Nuşirəvan müəllim bu həqiqəti qiymətləndirə bilmir.Yaxşı olar ki,N.Gəncəvinin "Sirlər xəzinəsi" poemasındakı "İki bayquşun söhbəti" hekayəsini oxusun və nəticə çıxarsın.Bəlkə onda doğru qərara gələ bilər..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol