Menu

Bakı Dəmiryolu Vağzalında uşaq itib

26.07.2019, 19:50
Bakı Dəmiryolu Vağzalında uşaq itib

Bakı Dəmiryolu Vağzalında uşaq itib.

"Report" xəbər verir ki, bu barədə uşağın valideynləri ərazidə olan polisə məlumat veriblər.

Adı Nazim olan 12-13 yaşlı uşağın valideynləri övladının saat 19:10-da Bakı Dəmiryolu Vağzalından Sumqayıta çıxan qatarda olduğunu ehtimal edirlər.

Qatarda olan növbətçi polis maşinistlə əlaqə saxlayaraq bu barədə məlumat verib. Amma hələlik uşağı tapmaq mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol