Avropa İttifaqının (Aİ) sanksiyaları Rumıniya hakimiyyətinə imkan vermir ki, ölkə ərazisindən Serbiyaya hərbi texnikanın daşınmasına lisenziya verilsin. Bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyi (XİN) xəbər verib.
Bəyanata görə, idarə Rusiya Federasiyasından hərbi yüklərin Dunay çayı ilə öz ərazisi hüdudları daxilində nəql olunması üzərinə qadağa qoyduğunu təsdiqləyir, nədən ki, bunun üçün «müəyyən şərtlərə əməl olunmalıdır».
«Bu şərtlər arasında həm də beləsi yer alır ki, lisenziya yalnız rumın operatoruna verilməlidir və həm də o, yüklərin daşınması üzrə belə xidmətlərin göstərilməsindən imtina edə bilər».
Bu arada, Rusiyanın Müdafiə Naziriyi (MN) Rumıniya tərəfindən Rusiyanın Serbiyaya göndərdiyi zirehli texnikanın saxlanması barədə yayılmış məlumatı təkzib edib.
«Rusiya Müdafiə Nazirliyi Dunay çayı üzrə Serbiyaya hərbi texnikanın daşınması üçün heç bir gəmi göndərməyib» - deyə, nazirlikdə bəyan ediblər və bu informasiyanı «mütləq yalan» adlandırıblar.
Bundan əvvəl, xəbər verilmişdi ki, Rumınaya Serbiya üçün Rusiyadan göndərilmiş 30 ədəd T-72B3 tankının və 30 ədəd BRDM-2 zirehli maşının daşınmasını bloklayıb.
AzPolitika.info


Şərhlər