Menu

Ötən il Azərbaycanda 734 nəfər daun sindromu diaqnozu ilə qeydiyyatda olub

27.07.2019, 10:37
Ötən il Azərbaycanda 734 nəfər daun sindromu diaqnozu ilə qeydiyyatda olub

2018-ci ildə Azərbaycanda 110 nəfərdə ilk dəfə qoyulmuş diaqnozla daun sindromu qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin sonuna olan məlumata əsasən, müalicə-profilaktika müəssisələrində daun sindromu diaqnozu ilə 734 nəfər qeydiyyatda olub.

Onlardan 561 nəfəri 0-13 yaş qrupuna, 87 nəfəri 14-17 yaş qrupuna, 43 nəfəri 18-29 yaş, 43 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol