Menu

Təravətli görünmək üçün nə qədər yatmaq lazımdır? - Alimlər müəyyən ediblər

28.07.2019, 10:57
Təravətli görünmək üçün nə qədər yatmaq lazımdır? - Alimlər müəyyən ediblər

Tədqiqatlar təsdiqləyib ki, yaxşı görünmək üçün gözəlik salonlarını gəzmək lazım deyil, sadəcə yuxu normasına əməl etmək kifayətdir.

Britaniya alimləri hər zaman təravətli xarici görunuşü saxlamaq üçün lazım olan yuxu müddətini dəqiq hesablayıblar. Bu barədə «The Mirror» nəşri xəbər verir.

Lazım olan yuxu vaxtına əməl etmək dərinin təmizliyinə, gözlərin aydınlığına təsir göstərir, sifətin rəngini, əhval-ruhiyyəni yaxşılaşdırır.

Yuxu üzrə ekspert Nil Robinson nəşrə danışıb ki, yuxu normasına əməl etmək insanın xarici görünüşündə özünü effektli göstərir, nəinki böyük pullar sərf olunan pis prosedurlar.

«Bizlərin bir çoxu özünü yaxşı hiss etməyə və təravətli grünməyə can atır və bunun üçün böyük pullar xərcləyir. Ancaq biz, görünür ki, unuduruq - yaxşı gecə yuxusuna çatmaq insanın ümumi xarici görünüşünə müsbət təsir göstərir» - deyə, ekspert bildirib.

Son tədqiqatların nəticələrinə görə, sağlamlığı və gözəlliyi saxlamaq üçün ən optimal yuxu müddəti 9 saat 10 dəqiqədir. Alimlərin fikrincə, ən yaxşısı yuxu üçün saat 21:45-də yatağa girmək, səhər saat 06:55-də qalxmaqdır. Məhz belə yuxu qrafiki gün ərzində toplanmış yorğunluğu və stresin mənfi təsirlərini aradan qaldırmağa imkan verir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol