Menu

Ağcabədidə yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb

29.07.2019, 21:59
Ağcabədidə yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb

Ağcabədi rayonunda yolu keçmək istəyən qadını yük avtomobili vuraraq öldürüb.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Taxtakörpü qəsəbəsində qeydə alınıb.

Laçın rayonundan olan məcburi köçkün Səltənət Əsədova yolu keçmək istəyərkən “KamAZ” markalı yük avtomobili onu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol