Menu

ABŞ-ın prezidenti Texasdakı silahlı insidentdən yazıb

04.08.2019, 10:08
ABŞ-ın prezidenti Texasdakı silahlı insidentdən yazıb

ABŞ-ın prezidenti Donald Tramp Texasda baş vermiş silahlı insidentə münasibət bildirib.

Trend-in məlumatına görə, Tramp da hadisə ilə bağlı şəxsi “Twitter” səhifəsi vasitəsilə verdiyi açıqlamada say bildirməsə də, ölənlərin olduğunu təsdiqləyib.

"Texas ştatının El Paso şəhərində dəhşətli atışma olub. Çox pis xəbər oldu. Çox sayda insan öldürülüb. Dövlət və yerli hakimiyyət orqanları ilə, eləcə də aidiyyəti orqanlarla intensiv əlaqə yaradılır”, - o,“Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, "Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 19 nəfər ölüb, 40 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol