Menu

Türkiyənin möhtəşəm raketləri: Sadəcə 2 ölkədə var

04.08.2019, 13:13
Türkiyənin möhtəşəm raketləri: Sadəcə 2 ölkədə var

“Baykar” şirkətinin yaratdığı “Akıncı” pilotsuz uçuş aparatı bir F-16 təyyarəsinin daşıya biləcəyi bütün sursatları daşıya bilir. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

“Roketsan”ın istehsal etdiyi SOM-J raketini rahat şəkildə “Akıncı”ya inteqrasiya edib onun üzərindən istifadə edə bilərik. Bu cür raketləri dünyada sadəcə 2 ölkə inkişaf etdirib. Dolayısı ilə F-35 proqramında olan ölkələr bu cür raketlər almaq istəsələr, biz proqramdan kənarlaşdırılmış olsaq da rahatlıqla satış həyata keçirə bilərik. Gələcək PUA-lardan asılı olacaq. Bu PUA-dan daha yüksəyi döyüşən PUA layihəsidir. Qırıcı qabiliyyətlərinə sahib PUA – dünya buna doğru irəliləyir”, - nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol