Menu

Sumqayıtda qadının başına şifer düşüb

05.08.2019, 13:05
Sumqayıtda qadının başına şifer düşüb

Sumqayıtda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayonunda qeydə alınıb. Belə ki, 6/2a nömrəli binanın qarşısından keçən, 1962-ci il təvəllüdlü Yetər Zeynalovanın başına dam örtüyündən qopan şifer parçası düşüb. Xəsarət alan 57 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol