Azərbaycan NATO ölkələrindən birinə 100 ədəd pilotsuz təyyarə satacaq.
SalamNews xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov Baku Expo Mərkəzində 1-ci Azərbaycan “Müdafiə sənayesi” sərgisinin (ADEX 2014) açılış mərasimində jurnalistlərə bildirib.
Nazir bildirib ki, hal hazırda Azərbaycanda İsraillə birgə yaradılmış birgə müəssisədə pilotsuz uçuş aparatları istehsal olunur.Bundan başqa da bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX) iştirak edən şirkətlərlə də danışıqlar aparılır.


Şərhlər