Menu

Xaçmazda 39 yaşlı kişi itkin düşüb - FOTO

06.08.2019, 13:24
Xaçmazda 39 yaşlı kişi itkin düşüb - FOTO

Xaçmaz rayonu, Nərəcan kənd sakini 39 yaşlı Abdullayev Rafayəddin Rafiq oğlu itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, R.Abdullayev avqustun 1-i səhər saatlarında Xaçmaz şəhərində yaşayan bacısıgilə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşən şəxsi görənlərdən DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz rayon Polis Şöbəsinə (023) 325-53-56 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

R.Abdullayevin Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında psixiatr qeydiyyatındadır və nitqi də qüsurludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol