“Nikol Paşinyanın bəyanatı siyasi təxribatdır və Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində həll etmək fikrində olmadığına dəlalətdir”.
Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiyanın tanınmış hərbi eksperti Yuri Korotçenko Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndinə gəlməsini və hədələyici çıxışını şərh edərkən bildirib.
“Əslinə qalsa, Paşinyanın “Qarabağ Ermənistandır” sözləri Azərbaycanın əzəli torpaqlarını ilhaq edib qamarlamaq cəhdindən xəbər verir. Burada beynəlxalq hüquq normalarını vecinə almayan işğalçı niyyət qarşımıza çıxır. Bu cür siyasət qəbuledilməzdir, beynəlxalq birlik belə mövqe ilə əsla razılaşa bilməz”, – rusiyalı ekspert deyib.
O, N.Paşinyanın bu bəyanatla danışıqlar prosesini tamamilə pozduğunu söyləyib.
“Bu, Ermənistan tərəfindən danışıqları sıfırlamaq deməkdir. Vəziyyət kökündən dəyişir. Açıq-aşkar şəkildə işğal etdikləri torpaqları Ermənistana birləşdirməyə hazır olduqlarını bəyan edir. Yəni əvvəlki dövr ərzində görülən bütün işləri puç edirlər. Belə davranışlar Paşinyanın və bütövlükdə Ermənistan hökumətinin naşılığını ortaya qoyur”, – hərbi ekspert vurğulayıb.
Y.Korotçenko fikrini belə tamamlayıb: “İşğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq, BMT-nin qətnamələri çərçivəsində həll etmək fikrində deyil. Bu, xəbis niyyətlərini büruzə verən təcavüzkarın mövqeyidir. Paşinyanın bəyanatı məhz bu cür dəyərləndirilməlidir”.


Şərhlər
EWWI BU ANALOQU OLMAYAN HAKIMIYETTIN MUHARIBE APARMAQ ISTEYI YOXDUR.ALTI RAYON VERILENDEN SONRA ,,BIWGEK SULH,,DANIWIQLARI NEFTE GORE OLDU.INDIYE KIMI ONUN TALAN EDILMESI ILE MEWQULDULAR,BURUNLARINDAN GELSIN...
rus hərbi eksperti də deyir ki, paşinyan danışıqları sıfırladı. Əgər belədirsə biz nəyi və kimi gözləyirik. Anti-terror əməliyyatı mütləq keçirilməlidir, erməni xoşa-xoşduqla Qarabağı verməyəcək.
SUAL: BIZ BU YOLLA HARA GEDIRIK-HEÇ BUNU FİKİRLƏŞƏN VARMI??? GÖRƏSƏN NƏ VAXT Azərbaycan dövlətinin: 1.qanunverici hakimiyyət-MİLLİ MƏCLİS, 2.MƏHKƏMƏ HAKİMİYYƏTİ-Ali məhkəmə və Konstitusiya MƏHKƏMƏSİ, 3.İcra hakimiyyəti-NAZİRLƏR KABİNETİ, "Artsaxın"- AZAD AZƏRBAYCANIN DE-YURO ƏRAZİSİNİN İŞĞAL ALTINDA OLAN HİSSƏSİNDƏ QEYRİ-QANUNİ FƏALİYYƏTİNİ SİYASİ-HÜQUQİ QİYMƏT VERİLƏRƏK TERRORÇU QRUPLAŞMA KİMİ RƏSMİ TANIYACAQ VƏ yurisdikçiya üzrə Avropa məhkəməsinə müraciət edəcək?
O heç kimdir. Dediyi sözün də qüvvəsi yoxdur.