Menu

Ramanada 17 yaşlı qızı sərnişin avtobusu vurub

11.08.2019, 01:48
Ramanada 17 yaşlı qızı sərnişin avtobusu vurub

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 204 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Fatimə adlı 17 yaşlı qızı vurub.

Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. Ona kəllə-beyin travması və bədənin müxtəlif zədələri diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol