Menu

Tovuzda baş verən qəzada 5 nəfər xəsarət alıb 

20.08.2019, 00:26
Tovuzda baş verən qəzada 5 nəfər xəsarət alıb 

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki, 1990-cı il təvvəllüdlü Nəbi Namazlı idarə etdiyi “Mercedes” markalı maşınla hərəkətə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan 22 yaslı 2 sərnişin – Səmədov Murad Qosqar oğlu və Aslanov Taleh Valeh oğlu, 23 yaşlı Namazov Səid Səfər oğlu, 24 yaşlı Əmraslanov Emil Nofəl oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol