Müsavatçı Səxavət Əlisoy başqan postuna namizədliyini irəli sürüb.
Müsavatın yeni başqanı sentyabrın 27-də partiya qurultayında seçiləcək. Başqan postu uğrunda Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu da mübarizə aparır.
Səxavət Əlisoy 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1996-ci ilədək Sumqayıtda müxtəlif tibb müəssisələrində həkim, baş həkim vəzifələrində işləyib. 2000-ci ildən Bakıda yaşayır, bir sıra özəl tibb müəssisələrində həkim kimi fəaliyyət göstərib. 1998-ci ildən Müsavat Partiyasının üzvüdür. /APA

Şərhlər