Menu

Bakıda yol qəzasında üç qadın yaralanıb

22.08.2019, 09:40
Bakıda yol qəzasında üç qadın yaralanıb

Buzovna-Maştağa yolunda avtomobil qəzası baş verib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qəza zamanı 3 qadın yaralanıb.

47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadın sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol