Menu

İraq hava məkanını ABŞ koalisiyasının üzünə açıb

23.08.2019, 16:41
İraq hava məkanını ABŞ koalisiyasının üzünə açıb

İraq hökuməti, Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaqla, beynəlxalq antiterror koalisiyasına özünün hava məkanında uçuşlar həyata keçirməsinə icazə verib.

Koalisiyadakı mənbə «Əs Sumariyə» telekanalına xəbər verib ki, icazə yalnız istisna hallarda və ya «fövqəladə vəziyyətlərdə» gücə malikdir.

Belə halların bir nümunəsi kimi, koalisiyanın yaralı hərbçilərinin, İraq ordusu döyüşçülərinin və təhlükəsizlik qüvvələrinin təcili təxliyyəsi irəli sürülür.

Qeyd olunur ki, koalisiya həyata keçirilən əməliyyatlar və uçuş marşrutları barədə Bağdada tam dolğun informasiya təqdim edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol