Yeni mdafiə naziri Zakir Həsənov artıq kadr islahatlarına başlayıb. Bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb. Onun məlumatına görə, Zakir Həsənov bu gün Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayevi vəzifəsindən azad edib. Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrəyılov təyin edilib.
Bundan başqa general-mayor Altay Mehtiyev də artıq nazir müavini HHQ və HHM qoşunlarının komandanı deyil. AzPolitika.info-ya daxil olan məlumata görə, onun yerinə indiyədək Prezident Administrasıyasında işləmiş Tahirov soyadlı bir hərbiçi təyin olunub.
...
Bir qədər əvvəl Azərbaycan müdafiə nazirinin yeni müavinin adı da məlum olub. AzPolitika.info-nun veridiyi məlumat təsdiqlənib. Belə ki, APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, yeni nazir müavini və Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirovdur.
R. Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.




Şərhlər