Menu

Tokioda cüdo üzrə dünya çempionatına start verilib

25.08.2019, 12:33
Tokioda cüdo üzrə dünya çempionatına start verilib

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib.

"Report" xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb.

Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar. Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.

Avqustun 26-da Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) tatami üzərinə çıxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol