Menu

Ağdaşda sünnət toyunda kütləvi zəhərlənmə olub

26.08.2019, 16:50
Ağdaşda sünnət toyunda kütləvi zəhərlənmə olub

Ağdaşda kütləvi zəhərlənmə olub.

APA-nın məlumatına görə, hadisə rayonun Cardam kəndində təşkil olunmuş sünnət toyunda qeydə alınıb. Mərasimdə iştirak edənlər – 4 yaşlı Polad Əsgərov, 1 yaşlı Turan Cəbrayılov, 4 yaşlı Əlövsət Cəbrayıllı, 4 yaşlı Zeynəb Cəbrayılova, 3 yaşlı Fərid Cəbrayıllı, 6 yaşlı Seymur Əsgərov, 13 yaşlı Vüsalə Mehdiyev, 23 yaşlı Ramil Abbasova, 32 yaşlı Kamilə Məmmədova, 37 yaşlı Yasəmən Cahangirova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol