Menu

Xəzər dənizində zəlzələ baş verib

27.08.2019, 07:36
Xəzər dənizində zəlzələ baş verib

Avqustun 27-də Xəzər dənizində maqnitudası 3,6 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:18-də qeydə alınıb.

Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol