Menu

"Çin texnologiya oğurluğu ilə məşğuldur" - Con Bolton

28.08.2019, 20:35
"Çin texnologiya oğurluğu ilə məşğuldur" - Con Bolton

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Çini öz beşinci nəsil qırıcı təyyarəsini hazırlamaq üçün ABŞ-ın “F-35” beşinci nəsil qırıcı təyyarəsinin texnologiyasını oğurlamaqda ittiham edib.

“Report” RİA "Novosti”yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Ev rəsmisi məlumat verib.

“Hərbi texnologiyaların Çinə getməsindən narahatıq. Məsələn, Çinin beşinci nəsil qırıcı təyyarəsi “F-35”ə çox bənzəyir. Çünki elə “F-35”dir. Əslinə qalsa, onu bizdən oğurlayıblar”, - deyə o qeyd edib.

Daha əvvəl C.Bolton Rusiyanı da hipersəs silahlarını hazırlayarkən oğurladığı ABŞ texnologiyalarından yararlanmaqda ittiham etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol