ABŞ Federal Ehtiyatlar Sistemi (FES) tərəfindən istinad faiz dərəcəsinin daha da azaldılması birja indekslərinin son vaxtlar ən böyük artımına gətirib çıxaracaq.

Bu barədə “Twitter”dəki səhifəsində yazı paylaşan ABŞ prezidenti Donald Tramp dolların xüsusilə də avro qarşısında güclənməsi nəticəsində ABŞ məhsullarının rəqabətdə uduzduğunu qeyd edərək, bununla bağlı FES-yə irad tutub: “Avro dollara qarşı dəli kimi aşağı düşərək onlara ixracat və istehsalatda böyük üstünlük qazandırır... FES də heç nə etmir! Bizim dollar indi tarixən ən güclü nöqtəsindədir. Qulağa yaxşı gəlir, elə deyilmi? Ancaq Birləşmiş Ştatlardan kənara satmaq üçün məhsul istehsal edənlərdən başqa hamı üçün”.

“Bizim tarif problemimiz yoxdur (səriştəsiz və (ya) ləyaqətsiz oyunçuları yerinə oturduruq), bizim FES problemimiz var. Əllərindən heç nə gəlmir!” – deyə qeyd edən ABŞ lideri əvvəllər də istinad faiz dərəcəsini azaltmaq istəməyərək ölkəyə xarici kapitalların axınına, dollara tələbatın artmasına və beləcə başqa valyutalar qarşısında güclənməsinə rəvac verdiyi üçün FES-i dəfələrlə tənqid etmişdi.