Menu

Böyük Britaniyada etiraz aksiyaları davam edir

31.08.2019, 22:27
Böyük Britaniyada etiraz aksiyaları davam edir

Böyük Britaniyada parlamentin işinin dayandırılması ilə bağlı etiraz aksiyaları davam edir.

AZƏRTAC xəbər verir ki, Mançester, Lids, York və Belfast şəhərlərində minlərlə etirazçı küçələrə çıxıb. Etirazların Edinburq, Belfast, Kembric, Ekseter, Nottingem, Mançester, Qlazqo və Birmingem də daxil olmaqla, 30-dan çox şəhərdə keçiriləcəyi bildirilib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson avqustun 28-də parlamentin işinin oktyabrın 14-nə qədər dayandırıldığını bildirib. Son 40 ildə parlament işini ən çox 3 həftəlik dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol