Menu

"Beşiktaş" heç-heçə oynayıb

01.09.2019, 00:54
"Beşiktaş" heç-heçə oynayıb

Türkiyə Super Liqasında III turun qarşılaşmaları davam edir.

APA-nın məlumatına görə, turun ikinci oyun günündə 3 görüş keçirilib.

Bu matçların hamısı "sülh"lə yekunlaşıb. "Beşiktaş" "Rizəspor"la hesabda geri düşdüyü qarşılaşmada bərabərlik qolunu vursa da, ikinci topa gücü çatmayıb. Lider "Dənizlispor" isə "Göztəpə" səfərində xal itkisi ilə üzləşib. İlk 2 qarşılaşmada qələbə qazanan komanda bu dəfə heç-heçə oynayıb.

Qeyd edək ki, III turun son 4 görüşü sentyabrın 1-də olacaq.

Türkiyə Super Liqası

III tur

31 avqust

"Konyaspor" - "Antalyaspor" - 2:2

Bajiç, 60, Miya, 75 - Özkan, 16 (p), Mukairu, 84

"Beşiktaş" - "Rizəspor" - 1:1

Vida, 54 - Çağlayan, 37

"Göztəpə" - "Dənizlispor" - 0:0

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol