Menu

Milli Şuraya yeni üzvlər qəbul olunub

15.09.2014, 10:55
Milli Şuraya yeni üzvlər qəbul olunub

Sentyabrın 14-ü Bakıda Milli Şuranın sessiyası keçirilib. Sessiyada quruma 8 yeni üzv qəbul olunub. “Azadliq.info”nun məlumatına görə, yeni üzvlər bunlardır:

Məlahət Nəsibova - hüquq müdafiəçisi, jurnalist

Qənimət Zahid - “Azadlıq” qəzetinin baş redaktoru

Fəxrəddin Mehdiyev - vəkil

Vahid Məhərrəmov - iqtisadçı

Məhəmməd Talıblı - iqtisadçı

Yalçın Qəhrəmanov - Ukraynada diaspor fəalı

Araz Gündüz - yazıçı, tərcüməçi

İsa Sadıqov - Azərbaycan ordusunun keçmiş zabiti, polkovnik.

Cəmil Həsənli qeyd edib ki, Milli Şuranın 9 üzvü həbsdədir, ötən sessiyadan sonra hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Seymur Həzi həbs olunub.

Sessiyadan öncə Milli Şura üzvləri Bakının daşnak-bolşevik işğalından azad olunmasının 96-cı ildönümü münasibətilə Şəhidlər xiyabanında olublar, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Milli Şura 2013-cü il iyunun 7-də yaradılıb. İlk vaxtlarda qurumun 130-dək üzvü olub. Ötən il prezident seçkisindən sonra itkilər verən Milli Şura bu il yanvarın 16-da yenidən təşkilatlanıb, qurumun Koordinasiya Mərkəzi yaradılıb. Koordinasiya Mərkəzinə Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Eldəniz Quliyev, Mehriban Vəzir, Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, Leyla Yunus, Mehman Əliyev və başqaları daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol