Menu

İran "Nahid" peykinin platformasında partlayışın baş verməsini təsdiqləyib

02.09.2019, 19:18
İran "Nahid" peykinin platformasında partlayışın baş verməsini təsdiqləyib

İran hökuməti "Nahid" peykinin platformasında partlayışın baş verməsini təsdiqləyib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın hökumət sözçüsü Əli Təbii deyib.

Ə.Rəbii bildirib ki, partlayış peyk özü platformaya nəql olunmamışdan qabaq baş verib: "Bu hadisədə nə ölüm, nə də xəsarət alan olmayıb".

Onun sözlərinə görə, partlayış texniki səbəblərdən baş verib.

Xatırladaq ki, bir neçə gün əvvəl İranda kosmik mərkəzin buraxılış meydançasında partlayış olub. Peyk görüntülərinə görə, partlayış Semnan əyalətində yerləşən kosmodromun buraxılış meydançasında baş verib. Bildirilib ki, İran “Nahid” peykinin fəzaya buraxılışı üçün hazırlıqlar görüb.

ABŞ prezidenti Donald Tramp da partlayışın fotosunu öz "Twitter" səhifəsində paylaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol