Menu

Qobustanda qardaş bacısını bıçaqlayıb

03.09.2019, 21:40
Qobustanda qardaş bacısını bıçaqlayıb

Qobustanda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Qobustan rayon Nərimankənd kəndində olub.

Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol