Menu

İran Hörmüz boğazında 7 xarici balıqçı gəmisinin saxlayıb

04.09.2019, 17:37
İran Hörmüz boğazında 7 xarici balıqçı gəmisinin saxlayıb

İran İnqilab Keşikçiləri Qvardiyası Hörmüz boğazında 7 əcnəbi balıqçı gəmisini saxlayıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Qvardiyasının komandirlərindən biri bildirib.

Bildirilib ki, onlar balıq ovlama qanunlarını pozduqları üçün saxlanılıblar. Saxlanılan gəmilərdən 222 ton balıq məhsulu götürülüb. Gəmilərdə 24 xarici ölkə vətəndaşı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol