Menu

İtkin düşmüş 82 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb

05.09.2019, 19:58
İtkin düşmüş 82 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb

Qaxda dörd gün əvvəl evdən çıxıb geri qayıtmayan 82 yaşlı kişi meşədə asılı vəziyyətdə tapılıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Qax rayonu Ləkit kənd sakini, 1937-ci il təvəllüdlü Aslan Nuru oğlu Ağamalıyevin meyiti yaşadığı kəndin inzibati ərazisinin yaxınlığında meşəlik ərazidə ağacdan asılı vəziyyətdə tapılıb.

Qeyd edək ki, A. Ağamalıyev sentyabr ayının 1-i səhər saatlarında evdən fındıq yığmaq adı ilə evdən çıxıb və bir də geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol