Menu

Türkiyədə "SOM-B2" qanadlı raketləri sınaqdan keçirilib

06.09.2019, 09:06
Türkiyədə "SOM-B2" qanadlı raketləri sınaqdan keçirilib

Türkiyə "SOM-B2" iki mərhələli raketin ilk sınaq buraxılışı keçirilib.

Trend-in məlumatına görə, bu barədə sənaye və texnologiya naziri Mustafa Varank öz "Twitter" səhifəsində yazıb.

"SOM-B2" raketləri SOM uzun məsafəli qanadlı raketlərinin versiyalarından biridir.

SOM raketinin bu versiyasının beton bunkerləri məhv etmək üçün istifadə ediləcəyi bildirilir.

Müdafiə Sənayesi Naziri İsmayıl Dəmir "Twitter" səhifəsində "SOM-B2" raketinin sınağa başlanması zamanı hədəfi uğurla vurduğunu yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol