Əhalinin sayı ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7 faiz artıb
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sayı ilin əvvəlindən 63,3 min nəfər və ya 0,7 faiz artıb.
2014-cü ilin avqust ayının 1-i vəziyyətinə əhalinin sayı 9540,4 min nəfərə çatıb.
Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 95,4 min körpə doğulub. Doğulan körpələrin 53,6%-ni oğlanlar, 46,4%-ni qızlar təşkil edir.


Şərhlər