Menu

Bakıda banka 200 avroluq saxta əskinas verilib

06.09.2019, 12:27
Bakıda banka 200 avroluq saxta əskinas verilib

Bakıda vətəndaş banka 200 avroluq saxta əskinas verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumata yayıb.

Sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əskinas təqdim edən şəxs orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.

27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol