Menu

“Sağlam Yaşa” Balakəndə tədbir keçirib - Foto

15.09.2014, 18:33
“Sağlam Yaşa” Balakəndə tədbir keçirib - Foto

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 12 sentyabr 2014-cü il tarixində Balakən şəhərində “Qloballaşma prosesində mənəvi əxlaqi dəyərlərin qorunması“ mövzusunda tədbir kecirmişdir. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Tələt Qəribov açaraq tədbir iştirakçılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verdi.

Qaçılması mümkün olmayan qloballaşma prosesində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının da üzərinə düşən vəzifələrdən danışıldı.

Sonra Balakən rayonunun İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov mövzunun əhəmiyyəti və regiona xas xüsusiyyətləri barədə seminar iştirakçılarına geniş məlumat verdi. Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov cıxış edərək mənəvi əxlaqi dəyərlərimizin aşınmasında süni faktorları sadaladı və bu kimi tədbirlərin yalnız rayon mərkəzində deyil, kənd nümayəndəliklərində də gənclər arasında təşkil edilməsini məqsədəuyğun hesab etdi.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şimal-qərb üzrə məsləhətçisi Elvin Qarayev öz cıxışında mövzunun aktuallığından bəhs etdi və tədbirdə ailəyə sədaqətlik, mərdlik, qonaqpərvərlik, özundən böyüklərə ehtiram, vətənpərvərlik, abır-həya, dinə inam mövzusunun qoyuluşunu yüksək qiymətləndirdi.

Sonra tədbir iştirakçıları mövzü ətrafında fikir mübadiləsi apardılar və bəzi televiziyalarda gedən şou proqramlarının mənəvi-əxlaqi dəyərlərimizə mənfi təsirlərindən söz acdılar. Aparılan müzakirələrin nəticəsi olaraq münasib təkliflər hazırlandı, respublikada son vaxtlar yas mərasimlərinin milli dəyərlərimizə uyğun təşkil olunması müsbət hal kimi dəyərləndirildi və gələcəkdə toy adətlərimizin də dəyərlərimizə uyğun təşkil olunması tövsiyyə olundu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol