Menu

Tramp "Taliban"la sülh danışıqlarının "öldüyünü" deyib

09.09.2019, 23:55
Tramp "Taliban"la sülh danışıqlarının "öldüyünü" deyib

"Əfqanıstanda "Taliban" nümayəndələri ilə sülh yol nizamlanmasına dair danışıqlar "ölüb".

"Report" TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Şimali Karolina ştatına uçuş öncəsi Ağ Evin Cənub çəmənliyində jurnalistlərə açıqlamasında deyib.

"Məncə, onlar (danışıqlar - red.) öldü", - deyə "Reuers" Trampın sözlərini sitat gətirib.

Prezident həmçinin qeyd edib ki, sentyabrın 8-də Kamp Deviddə "Taliban" liderləri və Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşün ləğv olunması barədə qərarı o qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol